24 İyun 2018 17:15
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Düşmənin məqsədi quruluşu və Həsən Ruhani administrasiyası deyil, onlar İranı məhv etməyə çalışır".

Məlumata görə, bunu bu gün İran xarici işlər naziri Cavab Zərif bəyan edib.

Bir qrup sahibkarın iştirak etdiyi toplantıda çıxış edən C. Zərif deyib ki, İran bir sıra böyük dövlətlərin məqsəd və arzularına mane olur və həmin dövlətlər İranı məhv etmək istəyirlər. Nüvə sazişi ilə bağlı tənqidlərə də toxunan C. Zərif bildirib ki, ABŞ-ın çatışmazlıqlarla əlaqədar bu sazişdən çıxdığı iddia olunur: "ABŞ NAFTA və Paris razılaşmasından da çıxıb. Bu sazişlərdə də çatışmazlıqlar vardı?".


Müəllif: Mənbə/APA

Oxşar xəbərlər