Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı qeyd edib ki, səsvermənin nəticələri Ərdoğanın böyük nüfuza sahib olduğunu təsdiqləyir. Onun hakimiyyəti dövründə Türkiyənin qarşısında duran sosial-iqtisadi vəzifələr, xarici siyasətdə möhkəmlənmək kimi vəzifələr yerinə yetirilib”, - məlumatda deyilir.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan seçkilərin nəticəsinə əsasən 52 % səs toplayıb.