25 İyun 2018 13:12
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvan şəhərində səhər saatlarından etirazlar yenidən başlayıb.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, şəhər meriyasının qarşısına toplaşan etirazçılar hakim Respublika Partiyasının üzvü, şəhər meri Taron Marqaryanın istefaya göndərilməsini tələb edirlər.

Aksiya Ermənistan KİV-də merlə bağlı yayılmış video-görüntü ilə əlaqədar təşkil edilib.

Videoda Taron Marqaryanın rüşvət aldığı yerdə görüntüləri yer alıb. Bununla bağlı polisə müraciət edilsə də, hələlik nəticə yoxdur.

Etirazçılar mer istefaya göndərilənə və həbs edilənədək aksiyanı davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, ötən ay da İrəvanda Marqaryanla bağlı etiraz aksiyaları keçirilmişdi. O, rüşvət verərək şəhər meri seçilməkdə ittiham edilir.


Müəllif: Mənsur Rəğbətoğlu