Rusiya Silahlı Qüvvələrinə məxsus zirehli texnika Ukraynaya girib.
Bu barədə Ukraynanın cənub-şərqində olan qərb kütləvi informasiya vasitələrinin jurnalistləri twitter səhifələrində yazıblar.
The Guardian qəzetinin müxbiri Şon Uoker twitter səhifəsində yazıb ki, Rusiya qoşunlarının onlarla BTR, tank və piyada döyüş maşınları, hərbi yük avtomobilləri Ukraynaya daxil olub.
Ukrayna mətbuatı isə yazır ki, Ukrayanaya girən Rusiya BTR-lərinin sayı 50-dən çox olub. Ağır zirehli texnika Ukraynaya "İzvarino" sərhəd keçid məntəqəsindən daxil olduqdan sonra gözdən itib.
Son məlumatalara görə, Rusiya Xarici İşlər Nazirliyi rəsmi Kiyevdən Ukraynanın cənub-şərqində gedən döyüşlərin dayandırılmasını tələb edib.
/anspress/