25 İyun 2018 22:16
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada əkinçilər ilə heyvandarlar arasında qanlı toqquşmalar davam edir. Sonuncu toqquşma zamanı 86 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, torpaq üstündə baş verən münaqişə zamanı Berom xalqının əkinçiləri Fulanilərin heyvandarlarına hücum edərək 5 nəfəri öldürüblər.

Qarşı tərəfin cavab hücumu nəticəsində ölənlərin sayı artıb.

Polisin açıqlamasına görə, toqquşmalar nəticəsində 86 nəfər ölüb, 6 kəndli isə yaralanıb. Bundan əlavə 50 ev, 15 motosiklet və 2 maşın yandırılıb.

Ötən il də tərəflər arasında baş verən toqquşmalar zamanı 1000-ə yaxın adam ölüb.

Ölkənin müsəlmanların yaşadığı şimalı ilə xristianların məskunlaşdığı cənub arasında yerləşən bu bölgə eyni zamanda dini münaqişəni də artırır. Fulanilərin müsəlman, əkinçilərin isə çoxu xristiandır.


Müəllif: Ruslan

Oxşar xəbərlər