25 İyun 2018 23:28
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA alimləri Saturn planetinin peyki Titana sualtı qayıq göndərmək istəyir.

Teleqraf.com xəbər verir ki, Titan Saturnun ən böyük və Günəş sisteminin ölçüsünə görə ikinci peykidir. Həmçinin səthində stabil olaraq maye olan yeganə yerdir.

Alimlərin sözlərinə görə, təkcə Titan qatında atmosfer mövcuddur. Onun səthində təzyiq Yerdəkindən 1,5 dəfə yüksəkdir. Tempratur isə mənfi 180 dərəcəyə çatır.
Bütün bunlar Yerin yaranmasındakı ilkin dövrə bənzəyir. Bu da öz növbəsində orada primitiv formada həyatın mövcudluğu ehtimalını artırır. NASA mütəxissisləri bu səbəbdən Titana sualtı qayıq göndərmək istəyirlər.


Müəllif: Ruslan