2016-cı ilin martından 2018-ci ilin aprel ayına qədər 104 əcnəbi diplomatın ailəsi və ya özü Kanadaya mühacirət edib.
Teleqraf.com xəbər verir ki, bunu Kanada mətbuatı yayıb.
Hesabatda bu diplomatların hansı ölkələrin vətəndaşı olduğu məxfi saxlanılır.
Hesabatı şərh edən Kanada Qaçqınlar Komissiyasının rəhbəri Janet Denc deyib ki, diplomatların Kanadadan oturum istəməsinə səbəb kimi ölkələrində mövcud olan rejimi və ya siyasi iqtidarların dəyişikliyini göstərib.
Dövlət rəsmisi əlavə edib ki, oturum tələb edən diplomatların bəzisi cinsi zorakılığa görə ölkəsində ölüm cəzasının tətbiq edildiyini əsas gətirib:
“Ölüm və ya cəza səbəbindən cinsi oriyentasiyasını gizlədən LGBT mənsubu ancaq Kanadada azad yaşamaq üçün qaçqın statusu tələb edə bilər”.