26 İyun 2018 13:56
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silikon Vadisində fəaliyyət göstərən ekspert və sərmayədar, Berkli və Standford universitetlərində biznesin inkişafı sahəsində mühazirələr oxuyan Riçard Rasmussen iyunun 26-dan Azərbaycanda səfərdədir.

Bu barədə Teleqraf.com-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, iyunun 30-dək davam edəcək səfər çərçivəsində o, iqtisadiyyat, rabitə, nəqliyyat və yüksək texnologiyalar nazirliklərinin nəzdində fəaliyyət göstərən biznes inkubatorlarının və yerli universitetlərin təmsilçiləri ilə görüşərək biznes sahəsində ekoloji məsələlərin həll olunması barədə müzakirələr aparacaq.

R.Rasmussen həm də görüşlərdə nüfuzlu “Clean Tech Competition Program Climate Launch Pad National Final” biznes müsabiqəsinin beynəlxalq hakimlərinin biri kimi iştirak edəcək. O, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) və İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda görüşlər keçirərək investisiya siyasətini və Azərbaycan hökumətinin start-up bizneslərinə verə biləcəyi köməyi müzakirə edəcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər