Ermənistanın paytaxt İrəvanda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, “Astxik” tibb mərkəzindən polisə odlu silahla yaralanmış şəxsin gətirildiyi bildirilib.
Polis onun 38 yaşlı Armen Mxitaryan olduğunu müəyyən edib. Onu Şaumyan küçəsində 24 yaşlı Q. Qraçya ov tüfəngi ilə vurub.
Artıq şübhəli şəxs polis tərəfindən saxlanılıb.