Uşaqlarını keçmiş həyat yoldaşı Ancelina Colidən almaq üçün məhkəməyə müraciət edən məşhur aktyor Bred Pitt övladları ilə vaxt keçirməkdən ötrü İngiltərədə bahalı otel kirayə edib.
Teleqraf.com xəbər verir ki, Bred Pitt ötən həftə uşaqlarını görmək üçün Amerikadan Londona gəlib.
Aktyor iyul ayının sonuna qədər Londonda qalacaq. İyulun axırında isə film çəkilişi üçün Amerikaya qayıdacaq.
Uşaqlar anaları ilə yaşadığı üçün Bred Pitt onların evinə yaxın bahalı otel kirayə edib. Otelin bir gecəlik qiyməti 400 dollardır.
Dünya şöhrətli cütlük ötən ilin oktyabr ayında boşanıblar. Cütlüyün bu evlilikdən 6 uşağı var.