ABŞ müttəfiqlərinə İrandan neft idxalını noyabrın 4-nə qədər dayandırmaqla bağlı müraciət edib.
Teleqraf.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən məlumata görə, əgər müttəfiqlər Pentaqonun müraciətinə müsbət yanaşsalar bu ölkənin investisiyasını qazana bilərlər.
Məsələ ilə bağlı ABŞ-ın İrandan neft idxal edən Türkiyə, Çin və Hindistana da müraciət edəcəyi bildirilir.
Bu açıqlamadan sonra neft birjalarında qiymətlər artaraq qara qızılın bir barreli 76,15 dollar olub.