27 İyun 2018 12:05
3 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəni Suriyaya ABŞ göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın NTV kanalına müsahibəsi zamanı söyləyib.

Əsəd ölkəsindəki böhranı ABŞ, Fransa və İngiltərənin planladığını bildirib: “Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər isə qəfil inqilab üçün lazım olan şəraiti yarada bilmədikdə, maliyyə dəstəyi verməyə başladılar. Biz buna nəzarət edə bilmədik”.

Əsəd ölkənin simalindakı ABŞ və Türkiyə qüvvələri ilə bağlı fikirlərini də bölüşüb: “ABŞ Türkiyə də daxil hər şeyə nəzarət edir. Türkiyəni ABŞ yönləndirir.

Ərdoğan 5 il əvvəl Suriyanı işğal etmək istəyəndə ABŞ ona mane oldu. Niyə? Çünki o vaxt terrorçular daha qalib vəziyyətdəydilər, daha çox nöqtəni ələ keçirirdilər. Ərdoğana niyə ehtiyac olsun ki? Ancaq terrorçular geri çəkilməyə başlayanda Ərdoğana icazə verdilər. Çünki vəziyyət Suriya, Rusiya, İran və terrorçularla mübarizə aparan qrupların lehinə dəyişirdi. Bu səbəbdən yenidən xaos yaratmaq üçün müdaxilə etməyin daha yaxşı olacağını düşündülər. Bu bölgələr tamamilə ABŞ-ın nəzarətindədir.


Müəllif: Ruslan

Oxşar xəbərlər