İspaniya polisi Kataloniya bölgəsində erməni mafiyasına qarşı əməliyyatlara başlayıb.
Teleqraf.com xəbər verir ki, İspaniyada nəşr olunanan “El Pais” qəzeti əməliyyat çərçivəsində 100-dən çox şübhəlinin saxlanıldığını bildirib.
Qəzet Kataloniyada gizli şəkildə fəaliyyət göstərən erməni mafiyasını “Avropanın ən böyük cinayətkar təşkilatı” adlandırır. Əməliyyatlara 1000-dən çox polis qüvvəsi cəlb edilib. Kataloniya (Barselona) ilə yanaşı, Madrid, Valensiya və Alikante şəhərlərində təşkil edilən əməliyyatlarda 142 nəfər həbs edilib, 73 mafiya üzvünün axtarışları isə davam edir.
Saxlanılan erməni cinayətkarlar oğurluq, qəsb, qanunsuz silah və narkotik ticarəti, saxta sənəd hazırlamaqda çirkli pulların yuyulmasında və tütün qaçaqmalçılığında ittiham ediliblər.
Təşkilatın liderlərindən biri “BDO” ləqəbi ilə tanınan erməni də həbs edilənlər arasındadır. Mafiya başçısı Erik Yağinyan isə əməliyyat zamanı öldürülüb. “El Pais” erməni mafiyasının tamamilə dağıdıldığını yazır.