28 İyun 2018 08:53
3 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 12-də İraqda keçirilmiş parlament seçkilərindən sonra kürd partiyalarla rəsmi Bağdad arasında əldə edilmiş separat razılaşmalar türkmənlərin narazılığına səbəb olub.

Teleqraf.com xəbər verir ki, İraq Türkmən Cəbhəsinin (İTC) rəhbəri Ərşad Salehi tərəflər arasında əldə edilmiş anlaşmaya etiraz edib.

O, anlaşmaya görə silahlı peşmərgə qüvvələrinin yenidən Kərkükə yerləşdiriləcəyini iddia edib:
“Kərkük və Bağdad arasında son hadisələr bir planın tərkib hissəsi kimi görünür. Kürd partiyaları beynəlxalq qüvvələr və İraqın mərkəzi hökuməti ilə birlikdə yeni əməliyyat mərkəzi qurmaq barədə razılığa gəliblər. Peşmərgələrin Kərkükə qayıdışı bölgədə böyük gərginliyə səbəb olacaq”.
Ərşad Salehi qeyd edib ki, İraq hökuməti və kürdlərin bu birliyi bölgədə fəaliyyət göstərən terror təşkilatlarını fəallaşdıracaq:

“Bu addım regionda boşluq yaradacaq. Bu, eyni zamanda, PKK və İŞİD kimi terror təşkilatlarına öz qanlı planlarını həyata keçirməyə zəmin yaradacaq”.

Türkmənlərin lideri bölgədə yaranmış həssas vəziyyəti nəzərə alaraq, Türkiyədən kömək istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər