28 İyun 2018 07:02
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA mütəxəssisləri Yerə doğru təhlükəli asteroidin yaxınlaşdığını bildiriblər.

Teleqraf.com xəbər verir ki, alimlər Yerlə toqquşacağı təqdirdə asteroidlərin 95 faizinin qlobal fəlakətə səbəb ola biləcəyini vurğulayırlar. Hazırda isə söhbət konkret olaraq Yerə doğru yaxınlaşan yeni asteroidden gedir gedir. Alimlər onun qarşıdakı 25 il ərzində yerlə toqquşa biləcəyini söyləyiblər. Asteroidin planetimizdən 30 000 000 kilometr məsafədə olduğu müəyyən edilib.

NASA-nın nümayəndəsi Lindli Consonun sözlərinə görə, milli strategiyanın həyata keçirilməsi və yer ətrafındakı göy cisimlərindən qorunma planı ABŞ-ın hazırlıq səviyyəsini artırır: “Eyni zamanda asteroidlə toqquşma təhlükəsi yaranacağı təqdirdə beynəlxalq müttəfiqlərlə effektiv reaksiya vermək imkanları genişlənəcək”.

Bildirilir ki, NASA-nın planetin qorunması layihəsinin illik büdcəsi 150 milyon dollardır.
Mütəxəssislər məlumatına görə, Yer ətrafında 18 min 300 obyekt qeydə alınıb. Onlardan 8 mininin diametri 100 metr və daha böyükdür.


Müəllif: Ruslan

Oxşar xəbərlər