Yaponiyada hakimiyyətdə olan Liberal Demokrat Partiyasının baş katibi Toşihiro Nikai uşaq istəməyən insanları "eqoist" adlandırıb.
Teleqraf.com xəbər verir ki, siyasətçi qeyd edib ki, yaponlar aclıq içərisində yaşadığı müharibə illərində belə "uşaq doğmayın" fikirləri gündəmdə olmayıb: "Amma indi uşaq doğmamağın daha yaxşı olduğunu təbliğ edən eqoist fikirlərə rast gəlirik. Yaponiyada hər kəsin xöşbəxt olması üçün uşaqlara ehtiyacımız var. Bu, dövlətimizin möhkəmlənməsi üçün lazımdır".
Qeyd edək ki, Yaponiya hökuməti doğum səviyyəsinin aşağı düşməsinə qarşı mübarizə aparırı. Ötən il ölkədə 941 min uşaq doğulub. Bu, rəqəm 1899-cu ildən bəri ən aşağı göstəricidir.
Eyni zamanda yapon qadınlar iş yerlərində cinsi ayrı-seçkiliyə məruz qalaraq uşaq və karyera seçimi qarşısında qalırlar.