Rusiya Prezidenti Vladimir Putin ölkəsinin son bir neçə gündə Suriyadan 1140 hərbçi və 13 döyüş təyyarəsini çıxardığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Putin hərbi məktəb məzunları qarşısında çıxışı zamanı deyib.
“Bildiyiniz kimi, Xmeymim hərbi bazasını ziyarət etdiyim vaxtdan geri çəkilməyə başladıq. Bu davam edir”.
Qeyd edək ki, Putin 2017-ci il dekabrın 11-də Xmeymim hərbi bazasına səfər etmişdi. O, Suriya səfəri zamanı Rusiya qüvvələrinin bir qisminin geri çəkilməsi barəsində qərar vermişdi. Dövlət başçısı bu qərarı Suriyada terrorçu qrupların məğlub olmaq üzrə olduğu ilə əsaslandırmış və bu səbəbdən artıq böyük miqyaslı əməliyyatlara ehtiyac qalmadığı demişdi.