29 İyun 2018 09:19
2 800
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail siyasətinə qarşı çıxan sabiq ABŞ prezidenti Bill Klintonu zərərsizləşdirmək məqsədilə MOSSAD Monika Levinski əməliyyatını hazırlamışdı.

Teleqraf.com bu iddia ilə bağlı maraqlı xəbəri təqdim edir.

Qeyd edilir ki, prezident olduğu dövrdə İsrailin maraqlarına mənfi münasibət sərgiləyən Bill Klinton Monika Levinski əməliyyatından sonra İsrailin istəklərinə boyun əymək məcburiyyətində qalıb.

ABŞ tarixində uğurlu siyasətçi kimi göstərilən Bill Klinton dünyada sevilən lider olub. Sülhsevərliyi ilə böyük nüfuz qazanan Klinton Ağ Evdə ikinci prezidentliyi dövründə İsrailin maraqlarına və istəklərinə qarşı çıxmağa başlayıb.

1997-ci ildə Vaşinqtonda olan İsrail baş naziri Benyamin Netanyahuya: “İşğal etdiyiniz Fələstin torpaqlarını dərhal tərk edin. Siz özünüzü supergüc kimi aparırsız. Supergüc siz yox, bizik”, – deyə bildirib.

Prezidentin bu açıqlaması İsrail tərəfini möhkəm əsəbiləşdirib.

Ağ Evdən ayrılan Benyamin Netanyahu Klintona müxalifətdə olan radikal sağçı Jerri Falvellə gizli görüşərək nahar edir. Klintonun əl-qolunu bağlamaq planı beləcə ortaya çıxır və İsrail məxfi xidməti prosesə cəlb olunur.

İsrail məxfi xidməti iki il əvvəl Ağ Evə yerləşdirdiyi Monikanın “vəzifəsini” icra etdiyini, əllərində olan bir paltarın Klintonu pis vəziyyətə salacağını Netanyahuya çatdırır.

Qeyd edilir ki, MOSSAD hələ 1995-ci ildə yəhudi ailəsində doğulmuş Levinskini Ağ-Evə təcrübə toplamaq üçün göndərə bilib. Klintonun yəhudi əsilli sözçüsü Lieberman bu məsələdə MOSSAD-a yardımçı olub və beləcə Monika Levinski imtiyazdan yararlanıb.

Xanım Levinski Ağ Evə hətta gecə saatlarında giriş kartı olan yeganə praktikant xanım olub.

Bill Klintonun xanımlar qarşısında zəifliyini bilən kəşfiyyat Monikadan məharətlə istifadə edib. Monika açıq-saçıq geyimi, gülərüz siması və hərəkətləri ilə Klintonun diqqətini çəkməyə bacarır və 1995-ci ilin dekabr ayından 1996-cı ilin yanvarına qədər oval ofisdə Klintonla cinsi əlaqədə olur. Prezidentin sperması olan paltarı da əldə edir.

Bu fakt 1998-ci ildə mediaya sızdırılır. ABŞ prezidentinin intim həyatı dünyanın əsas gündəminə çevrilir. Həm prezident, həm də Ağ Evdə təcrübə toplamağa gəlmiş Monika seks hadisəsini dərhal inkar edir.

MOSSAD isə Monika Levinskinin prezidentlə telefon zənglərinin qeydlərini mətbuata ötürür. Klinton hər ötən gün daha pis duruma düşür.

1998-ci ilin 18 avqustuna Klinton “Böyük Jüriyə” verdiyi ifadəsində Levinski ilə “uyğunsuz əlaqəsini” etiraf edir. Bununla da 8 aylıq qalmaqal Klintonu pis vəziyyətə qoymaqla və İsrailin istəklərinə yol açmaqla müşayiət olunur.

İsrailin ABŞ-dan tələbləri Senatda qəbul olunur və prezident Klinton tərəfindən imzalanır.

Ancaq bu, Klintonla bağlı tirajlanan yeganə informasiya deyil. Levinski hadisəsindən sonra istefaya getməyən Bill Klinton sonradan daha çox iftiralarla qarşılaşmalı olur.

Məsələn, Klintonun Arkanzas qubernatoru olduğu zaman Cənubi Amerikaya silah qaçaqmalçılıq işini idarə etdiyi iddiası irəli sürülür. Bundan başqa, prezidentin ölkə xaricində sevgilisi olduğu xəbəri də mətbuatda tirajlanır.

Qubernator işlədiyi zaman Klintonin zənci xanımla cinsi əlaqəyə girdiyi və ondan bir qız uşağı doğulduğu ən dəhşətli şər-böhtan kimi tarixə düşüb. Bundan başqa, prezidentin sözçüsü Vince Fosterin Hillari Klintonla yaxın əlaqəsi olduğu haqda da şayiə yayılıb.

Bütün bunlara baxmayaraq ABŞ prezidenti Bill Klinton o dövrə istefaya getməyib.

İsrailin məqsədi seçkilər vasitəsilə Respublikaçılar Partiyasından olan namizədi hakimiyyətə gətirmək idi. Corc Buş İsrailin Yaxın Şərqdəki mənafeyi üçün gözəl namizəd idi. Buş bu vədini seçkilərdən əvvəl elan edir və seçkilərdə qalib gələrək Klintondan sonra Ağ Evdə oturan növbəti prezident olur.


Müəllif: Cavad

Oxşar xəbərlər