Vikiliks saytına məxfi xəbərlər sızdıran Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti 130 il müddətinə həbs edilə bilər.
Teleqraf.com xəbər verir ki, MKİ-nin keçmiş agenti Coşua Şulte haqqında ABŞ-a aid məxfi milli təhlükəsizlik qeydlərini sayta ötürmək və uşaq pornoqrafiyası cinayətlərinə görə məhkəmə davası açılıb.
Nyu-Yorkun Cənub Məhkəmə Dairəsi Coşua Şulteyə 130 il müddətinə həbs cəzası istəyib.
29 yaşlı agent 2017-ci ilin avqustunda ABŞ-a aid məxfi bilgiləri sızdırmaq ittihamı ilə həbs edilmişdi. İddiada internet üzərindən bu məxfi bilgiləri yayan qurumun adı çəkilməyib. Coşua Şultenin vəkilləri məhkəmə davası ilə bağlı daha əvvəllər Vikiliks saytının adının keçdiyini və Bault7 qeydləri ilə bağlı araşdırmaların aparıldığını bildiriblər.
Vikiliks saytı 2017-ci ilin 7 martında Vault 7 qeydlərini yayıb. Bu qeydlərdə Amerika kəşfiyyatının komputerlər, mobil telefonlar və televiziyalar vasitəsilə məlumatlar əldə etdiyinə dair faktlar ortaya qoyulub. 8761 qeyddən ibarət olan bu paylaşım MKİ-ni olduqca çətin vəziyyətə qyub, eyni zamanda bütün kompüter oğrularına gizli informasiyalara əlçatanlığın yolunu göstərib.
ABŞ kəşfiyyatının işləmə prinsiplərini göz önünə gətirən Vault7 paylaşımları ən böyük bilgi sızdırma informasiyası kimi tarixə düşüb.
ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən verilən açıqlamada araşdırma çərçivəsində Coşua Şultenin kompüterindən uşaq pornoqrafiyası ilə əlaqəli 10 min foto və videogörüntü ələ keçirildiyi bildirilib.