ABŞ-ın Annapolis şəhərində (Merilend ştatı) "Capital Gazette" qəzetinin ofisinin ərazisində atışma baş verib.
Teleqraf.com xəbər verir ki, atışma nəticəsində azı 4 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.
Hadisə yernə çox sayda polis əməkdaşı cəlb edilib. Hadisənin baş verdiyi Ann-Arandel dairəsinin polis şerifi Ron Beytman cinayətkarın redaksiyadan kənarda saxlanıldığını bildirib.
ABŞ prezidenti Donald Tramp baş verənlərlə bağlı məlumatlandırılıb.