ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqındakı (Aİ) birliyi pozmağa çalışır. O, Fransa dövlət başçısı Emmanuel Makrona Aİ-dən çıxmağı təklif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton post” yazır.
Nəşrin məlumatına görə, bunu qəzetə adı açıqlanmayan avropalı məmur bildirib. Təklif prezidentlərin Ağ Evdəki ikitərəfli görüşü zamanı səsləndirilib.
Tramp bunun qarşılığında Fransaya səmərəli şərtlərlə ikitərəfli əməkdaşlıq vədi verib.
Ağ Ev məmurun açıqlamasını təkzib etməyib, ancaq şərh verməkdən də imtina edib.