ABŞ Ermənistanda korrupsiya ilə mübarizə üçün yeni proqram qəbul edib. “Millenium Challenge Corp.” adlanan proqram artıq rəsmi İrəvana təqdim olunub. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət korrupsiya ilə mübarizəni bu proqram üzrə həyata keçirəcək.
Teleqraf.com xəbər verir ki, Avropa İttifaqınını Ermənistan nümayəndəliyinin rəhbəri Pyotr Svitalski proqram çərçivəsində Ermənistan hökumətinə yardım edəcəklərini açıqlayıb.
Ermənistanda hakimiyyət və dövlət strukturlarında korrupsiya hallarının yüksək olduğuna diqqət çəkən Svitalski Avropa İttifaqının da belə bir proqram hazırlayacağını istisna etməyib:
“Avropa İttifaqından Ermənistana verilən dəstəyin zəif olması korrupsiya hallarının artmasına təsir edir. Ümid edirik ki, Ermənistan hakimiyyəti ABŞ və Avropa İttifaqının proqramları üzrə korrupsiya ilə mübarizəni sərtləşdirəcək”.