29 İyun 2018 15:51
1 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün ABŞ-ın Merilend ştatının Annapolis şəhərində redaksiyaya edilən hücum nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Teleqraf.com MSNBC-ə istinadən xəbər verir ki, daha 20 nəfər xəsarət alıb.

Hadisə barədə xəbər ABŞ prezidenti Donald Tramp məlumatlandırılıb.

“Daily Mail”in məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Jarrod V.Ramos polis tərəfindən artıq saxlanılıb.

38 yaşlı Ramos hücum zamanı odlu silah və tüstü qumbarasından istifadə edib.

Hadisənin motivləri tam dəqiq bilinməsə də, polis bunun “ünvanlı hücumu” olduğunu və cinayətkarın binaya daxil olaraq, öz qurbanlarını axtardığını vurğulayıb.

Merilend sakini olan Ramosun haqqında 2011-ci ildə mediada “Jarrod sənin dostun olmaq istəyir” adlı məqalə dərc olunub. Məqalədə onun “Facebook”da kollecdə eyni sinifdə oxuduğu qadına sataşdığı, onu təhqir etdiyi yazılıb. O, qadına çox sayda mail yazmış, hətta onu öldürməklə də hədələyib.

Polis tərəfindən saxlanılan Ramos məhkəmə qarşısına çıxarılıb. Ona qarşı irəli sürülmüş ittihamlarla razılaşan Ramos 3 ay müddətinə azadlıqdan məhrum olunub.

2012-ci ildə o, qəzeti böhtanda suçlayıb, jurnalistləri məhkəməyə verib. Ancaq hakim sübut azlığından iddianı rədd edib.

Bununla kifayətlənməyən Ramos sosial şəbəkələrdə qəzeti sərt tənqid edib. O, bir müddət “Capital Gazette”in əməkdaşlarını təqib də edib.

J. Ramos tərəfindən narahat edilən qadın WBAL TV-yə açıqlamasında bildirib ki, o, bir neçə il əvvəl polisə Ramosun kütləvi qırğın törədə biləcək adam olduğu barədə xəbərdarlıq edib.

Qəzetin kriminal müxbiri olan Phil Devisin sözlərinə görə, Ramos odlu silahla qapının şüşəsini qırıb və içəri daxil olub.

“Ramos otağımda bir neçə nəfəri güllələdi. Onlardan bəziləri ölüb. Mən stolun altında gizlənənda o, digər insanları güllələyirdi. Onun yenidən silahı necə doldurduğunu eşidirdim. Bu çox dəhşətli idi. Orada tam sakitlik olmayana kimi atəş açmağa davam edirdi. Sonda onun niyə dayandığını bilmirəm.

Mən bu tip hadisələr barəsində tez-tez yazıram. Ancaq orada stolun altında köməksiz qalmayanadək, bunun nə qədər dəhşətli olduğunu anlamırdım”.

Polisdən verilən məlumata görə, Ramos qəzetin redaksiyasına daxil olaraq qapını bağlayıb. Əvvəlcə tüstü qumbarası atıb və daha sonra atəş açmağa başlayıb.

Şerif Wilyam Crampfın sözlərinə əsasən, Ramos əvvəlcədən barmaqlarının uclarını zədələyərək hadisəni törədən zaman iz qoymamağa çalışıb.

Qeyd edək ki, Ramosun hücumu zamanı Vendi Vinters (65 yaş), Rebeka Smit (34 yaş), Robert Hiassen (59 yaş), Gerald Fisçman (61 yaş) və John Mak Namara (56 yaş) həlak olublar. Onların hamısı qəzetin əməkdaşları idilər. Hiaassen redaktor müavini, Vinters və Fischman jurnalist, Smit isə satış köməkçisi olub.


Müəllif: Ruslan

Oxşar xəbərlər