30 İyun 2018 08:44
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Rusiyanı 2014-cü ildə Ukraynanın Donbas bölgəsində sərnişin təyyarəsinin vurulmasının məsuliyyətini üzərinə götürməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Avropa Şurasının sessiyasında qərar qəbul edilib.

Sənəddə bildirilir ki, Avropa Şurası BMT Təhlükəsizlik Şurasının “MH17” sərnişin təyyarəsinin vurulması ilə əlaqədar qəbul etdiyi 2166 saylı qərarını dəstəkləyir. AŞ Rusiyanı məsuliyyəti üzərinə götürməyə və qərarın şərtlərini yerinə yetirməyə çağırıb, əks halda bununla bağlı alternativ qərarların veriləcəyini bildirib.

Qeyd edək ki, beynəlxalq istintaq komissiyası 2014-cü ildə Malayziya hava yollarına məxsus sərnişin təyyarəsinin Rusiya Silahlı Qüvvələrinə məxsus raketlə vurulduğunun sübut edildiyini açıqlayıb.

Rusiya ittihamları qəbul etmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər