30 İyun 2018 15:39
1 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İn ilə ABŞ Prezidenti Donald Trampın görüşündən sonra iki dövlət arasında münasibətlər normallaşıb.

Teleqraf.com xəbər verir ki, ABŞ kəşfiyyatı isə Şimali Koreya ilə ABŞ arasında normallaşma prosesinə zərbə vuracaq raport açıqlayıb.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin özünün hesabatında vurğulayıb ki, Şimali Koreya nüvə silahı əldə etmək üçün fəaliyyətini dayanadırmayıb. Kəşfiyyatın fikrincə, Şimali Koreya ölkə daxilində nüvə silahına yiyələnmək üçün fəaliyyətini davam etdirir:

“Şimali Koreya son bir neçə aydır gizli yerlərdə nüvə silahı ilə bağlı addımlar atır. Pxenyan lideri bu müəssisələri Amerikadan gizlətməyə çalışır”.

Hesabatda Şimali Koreyanın əlindəki nüvə sınağını bitirdiyinə və fəaliyyətini dayandırdığına dair bir qeyd də yoxdur.

“Sənddə Koreyanın ABŞ-ı aldatmağa çalışdığına dair çox konkret fikirlər yer alıb” - NBS kanalına danışan dövlət rəsmiləri deyib.


Müəllif: Cavad

Oxşar xəbərlər