30 İyun 2018 18:23
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda İŞİD tərəfindən qaçırılan 8 polis və şiə milisinin cəsədlərinin tapılmasından sonra edama məhkum olunan İŞİD üzvlərinin hökmlərinin icrası sürətləndirilib.

Teleqraf.com xəbər verir ki, İraqın baş naziri Heydər İbadinin müvafiq çağırışından sonra aprelin 29-da 13 nəfər edam olunub.

İraqda 100-ə qədər kişi, 300-dən çox qadın İŞİD-lə əlaqəsi olduğu səbəbindən edam cəzasına məhkum edilib. Qadınların çoxunun türk olduğu bildirilir.


Müəllif: Cavad

Oxşar xəbərlər