"İraq Şam İslam Dövləti" (İŞİD) ABŞ-ın İraqdakı hərbi əməliyyatlarına cavab olaraq Ağ Evi təhdid edib. Teleqraf.com xəbər verir ki, Ağ Evin önündəki Pensilvaniya bulvarında naməlum şəxs İŞİD bayrağının fotosunu çəkərək internetə yerləşdirib.
Foto tvitterdə "İŞİD-dən ABŞ-a mesaj" haştaqı ilə paylaşılıb. Fotonun altında isə "Sizin əyalətinizdəyik, sizin küçələrdəyik" mesajı var. ABŞ hüquq mühafizə orqanları faktla bağlı araşdırma aparır.