30 İyun 2018 20:11
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın baş naziri Li Nak Yön Türkiyə baş naziri Binəli Yıldırımın tövsiyəsi ilə “Ayla” filminə baxıb. O, filmi izləyərəkən hisslərinə hakim ola bilməyərək ağlayıb.

Teleqraf.com xəbər verir ki, 2017-ci ildə çəkilən “Ayla” filmi 1950-ci ildə Koreya müharibəsindən bəhs edir.

Filmdə türk əsgəri Süleyman Dilbirli müharibədə ailəsi öldürülən və adını Ayla qoyduğu koreyalı qızın həyat dramını anladır.

Qeyd edək ki, Cənubi Koreyanın baş naziri filmi izləmək üçün Seuldakı türk səfir Ersin Erçinə müraciət edib.

Səfirin təşkilatçılığı ilə baş nazir filmi izləyib.


Müəllif: Cavad

Oxşar xəbərlər