30 İyun 2018 21:20
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hakimiyyəti BMT-nin Qaçqınlar Komitəsinin sədrliyinə namizəd göstərdiyi, əsasən müsəlmanlara qarşı paylaşımları ilə diqqət çəkən Ken İsaacs üçüncü səsvermədə uduzub.

Teleqraf.com xəbər verir ki, Trampın namizədi portuqaliyalı Antonio Vitorinoya məğlub olub.

Bununla da Avropa Birliyinin sabiq komissarı olan 61 yaşlı Vitorino BMT-nin Qaçqınlar Komitəsinin yeni sədri seçilib.

1969-cu ildən bu yana ilk dəfə BMT-nin qaçqınlar siyasətini amerikalı koordinasiya etməyəcək.

“BMT-nin Qaçqınlar Komitəsinin rəhbəri amerikalının tutacağı vəzifədir. Ancaq Tramp buraya bir amerikalını oturda bilmədi”,- deyə Barak Obama dövründə BMT-nin İnsan Haqları Komitəsində böyük elçi vəzifəsini tutmuş Keth Harper bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər