30 İyun 2018 22:31
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldavanın Rusiyadakı keçmiş səfiri Anatoli Çeranın oğlu Teodor Çeran şənbə gününə keçən gecə güllələnib.

Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, onu qətlə yerən şəxs saxlanılıb.

"İyunun 30-na keçən gecə paytaxtın Buyukan sektorundakı evlərdən birində atəş səsi eşidildiyi barədə polisə məlumat daxil olub. Hadisə yerinə gedən polislər 30 yaşlı kişinin meyitini aşkar ediblər. O, aldığı 3 güllə yarasından keçinib. Qətli törətməkdə şübhəli bilinən 32 yaşlı şəxs saxlanılıb", - Moldava polisinin məlumatında bildirilir.

Hüquq-mühafizə orqanları müəyyən edib ki, qətlə yetirilən 30 yaşlı Teodor Çeran siyasətçi, Moldavanın Rusiyadakı keçmiş səfiri Anatoli Çeranın oğludur.

Hadisə yerindən qanuni saxlanılan tapança aşkar edilib. Şübhəli şəxs 72 saat müddətinə həbs edilib. Faktla bağlı "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb.

Qətli törətməkdə şübhəli bilinən şəxsin Çeranın qonşusu olduğu bildirilir. Onlar şübhəli şəxsin mənzilində olublar və qətl də orada baş verib. Saxlanılan zaman təqsirləndirilən şəxsin içkili olduğu müəyyən edilib.

Günahı təsdiqlənərsə, təqsirləndirilən şəxsi 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir.


Müəllif: Teleqraf.com