Əfqanıstan Hərbi-Hava Qüvvələrinin zərbələri nəticəsində “Taliban” hərəkatının 12 üzvü məhv edilib, 18-i yaralanıb.
Əməliyyat Baqdis əyalətinin Cavand rayonunda keçirilib.
Qeyd edək ki, Əfqanıstan prezidenti Əşrəf Qani bundan əvvəl “Taliban”la atəşkəs rejiminin başa çatdığını və hərbi əməliyyatların bərpa olunduğunu bəyan edib.