İran rejimi tezliklə çökəcək.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu bu gün ABŞ Prezidenti Donald Trampın vəkili, Nyu Yorkun keçmiş meri Rusi Culiyani İrana müqavimət Milli Şurasının konfransında bildirib.
"Mən inanıram ki, hazırda biz İran rejiminin çökməsini müşahidə edirik", - Culiyanı bildirib.
Vəkil bildirib ki, İran küncə sıxışıb və azadlıq gözləyir. Culiyani bunu ABŞ-ın nüvə sazişindən çıxması, İranda etiraz aksiyalarının başlaması və milli valyutanın kəskin şəkildə zəifləməsi ilə izah edib.