Türkiyənin Mərsin şəhərində Suriya əsilli şəxs istədiyi dərman olmadığı üçün əczaçının qulağını kəsib.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, suriyalı ona eyni tərkibdə başqa dərman təklif edən Kamaloğlu aptekinin işçisi ilə mübahisə edib.
Apteki tərk edən şəxs bir müddət sonra bir neçə suriyalı ilə əczaxanaya qayıdıb və işçilərə hücum çəkərək daş və dəyənəklə yaralayıb. Yaralanan 4 əczaçı Tarsus dövlət xəstəxanasına çatdırılıb, qulağı kəsilən aptek işçisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb.