Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraşın Andırın mahalında səsverməyə ayaqyalın gedən Əminə və Mahmud Yılmaza zəng edərək iqamətgahına dəvət edib.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, səsverməyə ayaqyalın gedərək gündəmə gələn cütlüyü prezidentdən gələn zəng təəccübləndirib. Evləri ilə səsvermə məntəqəsi arasında 2 km yolu ayaqyalın qət edən Yılmazlar səsvermə hüququndan Atatürk orta məktəbində istifadə ediblər.
Mahmud Yılmazın sözlərinə görə, Rəcəb Tayyib Ərdoğana səs vermək üçün 4 il əvvəl ayaqyalın gedəcəklərinə əhd ediblərmiş: “Həyətdəydim, telefonuma zəng gəldi, zəng edən şəxs prezident iqamətgahından zəng elədiklərini dedi. Əvvəl inanmadım, fikirləşdim ki, yəqin kimsə mənimlə zarafat edir, sonra prezidentimizin səsini eşitdim, salamlaşdıq. Yeni hökumət formalaşanda bizi iqamətgahına dəvət edəcəyini söylədi. Hələ də şokdayam. Ən böyük arzum prezidentimizi görməkdir, inşallah bu arzum həyata keçəcək. Allah prezidentimizə can sağlığı versin, lazım olarsa, buradan da ayaqyalın həyat yoldaşımla Ankaraya gedərik”, - deyə bildirib.