Dominikanda bıçaqlanaraq qətlə yetirilən Türkiyənin “Survivor” proqramının operatoru Alpər Baycının sevgilisinin yazdığı vida məktubu oxuyanları göz yaşlarına boğub.
Teleqraf.com xəbər verir ki, bu barədə Instagram-da yazan Yasəmən Çelik 24 yaşlı Alpərlə sevgi münasibətlərindən danışıb.
O, gələn həftə nişanlanmağa hazırlaşdığı mərhum sevgilisinə “Bizə yaraşmadı”, deyərək vida edib:
“Mən https://www.facebook.com/photo.php?fbid=2101849896511153&set=pob.100000584904230&type=3&theater. Sən mənim həyatımdakı ən dəyərli varlığım idin. Bizim üçün ora getdin, ora bizim arzularımız üçün getdin.
Amma bizim bu arzularımıza mane oldular. Sənə necə qıydılar, körpə? Mən sənin üzərində əsərkən, bunu necə etdilər? Sadəcə 3 saat əvvəl “Səni sevirəm” deyən insanı necə öldürə bilərlər? Mən səni gözləməyə öyrəşmişdim, amma bu dəfə olmadı, bu sənə yaraşmadı axı. Bizim hələ keçirəcəyimiz neçə gözəl illərimiz vardı, neçə arzumuz vardı. Yaraşmadı bizə…”