Şimali Koreya lideri Kim Çen İn iyun ayında Çinə etdiyi səfər zamanı bu ölkənin lideri Si Cinpindən ölkəsinə tətbiq olunan beynəlxalq iqtisadi sanksiyaları tezliklə aradan qaldırmaq üçün fəaliyyətə keçməyi xahiş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “İomiuri” qəzeti Çinin diplomatik dairələrinə istinadən məlumat yayıb.
Şimali Koreya lideri qeyd edib ki, beynəlxalq iqtisadi sanksiyalar ölkəyə ağır ziyan vurur.
Çin Xalq Respublikasının sədri bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb.