Bütün dünya ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında iyulun 16-da görüşün keçiriləcəyi yerə dair rəsmi məlumat gözlədiyi bir vaxtda Finlandiya jurnalistləri görüşün keçirilməsi üçün mümkün yer axtarışına çıxıblar.
Teleqraf.com xəbər verir ki, fin jurnalistlər liderlərin Helsinki yaxınlığındakı Vantaa şəhərindəki Keniqsted malikanəsində görüşəsəkləri fikrində həmrəydirlər. Onların fikrincə, görüşün bu məkanda keçiriləcəyi daha inandırıcıdır.
“Malikanənın ərazisi 35 hektardır və ora çox yaxşı mühafizə olunur”, deyə “Helsingin Sanomat” qəzeti yazır.