1 İyul 2018 20:54
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Suriya böhranını həll etmək üçün Rusiya və İsraillə yeni müqavilə imzalamağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu iddia ABŞ-ın nüfuzlu “Vaşinqton Post” qəzetində dərc edilmiş analitik məqalədə yer alıb.

“Tramp Suriyanı Putinə verir?” başlıqlı məqalədə qeyd edilir ki, Amerika prezidentinin bölgədəki əsas hədəfi İrandır:

“Tramp İranı bitirmək istəyir. Bu məqsədlə də İŞİD-i Suriyada tamamilə neytrallaşdıran ABŞ Bəşər Əsədin hakimiyyətinin legitimliyini tanımaq üçün Azad Suriya Ordusu ilə müzakirələrə başlayıb. Hesab etmək olar ki, Trampın İran siyasəti Corc Buş və Barak Obamadan fərqli olacaq. ABŞ İranın bölgədə nüfuzunun yayılmasının qarşısını almaq üçün öz hərbi qüvvələrini geri çəkəcək və Suriyada hökumətin qurulması işi Rusiyaya veriləcək”.

ABŞ prezidentinin İrana qarşı yönəlmiş yeni Suriya planının əsas detalları belədir:

- İranın Suriyada dəstəklədiyi qüvvələr İsrail sərhədlərindəki Qolan təpələrindən 80 kilometr məsafəyə qədər geri çəkiləcək.

- İsrail Rusiyanın icazəsi ilə Suriyada özünə təhdid yaradan və İran tərəfindən dəstəklənən qüvvələrə qarşı hərbi əməliyyatlara başlaya biləcək.

- Suriyanın cənub-qərb bölgələri Rusiya ordusunun müşayiəti ilə Bəşər Əsəd qüvvələrinin nəzarətinə veriləcək.

- ABŞ İranın mövqelərini nəzarətdə saxlamaq üçün Tanifdə müəyyən həcmdə hərbi qüvvə saxlayacaq.

“Vaşinqton Post” yazır ki, anlaşmaya əsasən, Suriya ilə bağlı hazırlanmış plan qarşıdakı 18 ay ərzində həyata keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər