1 İyul 2018 21:31
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran 2015-ci ildə imzalanmış hərtərəfli nüvə sazişindən çıxmamasına baxmayaraq, özünün atom və raket proqramı üzərində işləri davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “T-online.de” xəbər portalı ölkənin əks-kəşfiyyat idarəsi – BfV-dən əldə etdiyi məlumata istinadən məlumat yayıb.

İdarədən bildirilib ki, İran bu sahənin inkişafı üçün Almaniyadan qeyri-leqal yollarla texnologiyalar və digər materiallar əldə etmək istiqamətində cəhdlərini davam etdirir. Lakin bu cəhdlərin səviyyəsi əvvəlki dövrlə müqayisədə xeyli aşağı düşüb. Eyni zamanda cəhdlərin sayı da iki il əvvələ nisbətən azalıb.

Buna baxmayaraq Almaniya xüsusi xidmət orqanından bildiriblər ki, İranın 2015-ci ildə imzalanmış müqaviləni pozmasına dair sübutlar kifayət deyil.

“Analoji fikri Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə də bölüşürlər”, – deyə sayt yazır.


Müəllif: Səxavət

Oxşar xəbərlər