Husilər Yəmənin Hudeydə limanında "G Muse" adlı gəmini 2 aydır girov saxlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası olan "İhbariyyə" məlumat yayıb.
Gəminin hansı ölkəyə məxsus oması barədə məlumat verilmir.
Yəmən hökuməti Hudeydə şəhəri və limanını Husilərdən almaq üçün iyunun 13-də koalisiya güclərinin dəstəyilə əməliyyata başlayıb. Əməliyyatlar ötən həftə dayandırılıb.