Şimali Koreya nüvə silahları və ballistik raketlərlə bağlı proqramlarını bir il ərzində aradan qaldıracaq.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Con Bolton bildirib.
CBS televiziyasında yayımlanan "Face the Nation" proqramında çıxışı zamanı Con Bolton qeyd edib ki, rəsmi Vaşinqton Şimali Koreyanın nüvə silahları və ballistik raketlərlə bağlı proqramlarını bir il ərzində aradan qaldıracaq plana malikdir: "Planda sanksiyaların sürətlə aradan qldırlması, Cənubi Koreya və Yaponiyanın Pxenyana investisiya yatırmaları öz əksini tapıb".
Şimali Koreya hakimiyyətilə sağlam müzakirələrin davam etdirildiyini qeyd edən Ağ ev rəsmisi "Şimali Koreyanın keçmişdə nələr etdiyini hamımız bilirik", deyə əlavə edib.