2 İyul 2018 10:41
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın koalisiya hökumətində böhran yaranıb. Kansler Angela Merkellə anlaşmayan Horst Şehofer daxili işlər naziri postunda istefa verəcəyini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, Horst Şehofer eyni zamanda sədrlik etdiyi Xristian Sosial Birlik Partiyasının liderliyindən də gedəcəyini bəyan edib.

Qeyd edək ki, Almaniyada əsas koalisiya ortağı Xristian Demokrat və Xristian Sosial Birlik partiyalarıdır. Məhz bu ittifaq Sosial Demokrat Partiyası ilə danışığa gedərək koalisiya hökuməti yaratmağa nail olub.

Alman mediası xəbər verir ki, bazar günü Münxendə Xristian Sosial Birlik Partiyasının qurultayı keçirilib və Horst Şehofer burada istefasını elan edib.

Horst Şehofer Avropa Birliyinin zirvə toplantısında miqrantlarla bağlı qəbul edilən qərarların partiyasının tələblərinə qarşı olduğunu ifadə edib. Onun fikrincə, miqrantların Almaniyaya daxil olmasına icazə verilməməlidir.


Müəllif: Cavad

Oxşar xəbərlər