2 İyul 2018 14:02
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İn Pxenan-Pukto vilayətinin Sindo mahalına Rusiya istehsalı olan “Lada Priora”da gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yayıb.

Sindo Çinlə sərhədin yaxınlığında yerləşir. Kim burada yerləşən 1524 nömrəli hərbi hissəyə baş çəkib.

Xatırladaq ki, “AvtoVAZ” şirkəti iyul ayında başlayaraq “Lada Priora” və “Kalina” markalarının istehsalını dayandırmağa qərar verib.


Müəllif: Ruslan