2 İyul 2018 14:11
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan tarixində ilk dəfə olaraq, ölkənin xarici borcunun həcmi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı açıqlama yayan Mərkəzi Bank Özbəkistanın 14.7 milyard dollar xarici borcunun olduğunu bildirib.

Qeyd edilib ki, il ərzində Özbəkistanın xarici borcu 1.3% artaraq 14.5 milyard dollardan 14.7 milyarda qalxıb.

İlin ilk rübündə özəl sektorda xarici borcun həcmi 222 milyon dollar azalaraq, 6 milyard dollar olub.

Borcun 800 milyon dolları isə digər sektorlara aiddir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər