Rusiyada keçirilən futbol üzrə dünya çempionatı 14 illik ailənin dağılmasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, Arsen və Larisa cütlüyü 2002-ci ildə dünya çempionatını barda izləyən zaman tanış olublar. Ancaq onların futbolçulara olan simpatiyası nə keçmişdə, nə də indi üst-üstə düşüb.
Arsen “Barselona”nın tarixində ən yaxşı bombardiri olan Argentinanın kapitanı Lionel Messiyə, Larisa isə onun əzəli rəqibi Kriştiano Ronaldoya pərəstiş edir.
Münasibətlərin kəsilməsinə Argentinanın qrup mərhələsinin sonuncu oyununda Nigeriya yığması üzərində qələbə qazanması səbəb olub. Arsenin sevincinə xanımı gülüşü və paxillıqla yanaşıb. Bu isə Arsenin səbr kasasının daşması üçün son damla olub.
O, sabahı gün boşanmaq üçün məhkəməyə müraciət edib.
Qeyd edək ki, nə Argentina, nə də Portuqaliya 1/4 final mərhələsinə çıxa bilib.