2 İyul 2018 21:53
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraillilər ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə sülh planına şübhə ilə yanaşır.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, İsraildə keçirilən sorğu israillilərin təxminən 3/4-nün Tramp hökumətinin sülh planının uğur qazanacağına şübhə ilə yanaşdıqlarını üzə çıxarıb.

Sorğuya əsasən vətəndaşların 77 faizi ABŞ Prezidentinin İsrailin maraqlarına əhəmiyyət verdiyini, 60 faizdən çoxu isə fələstinlilərin maraqlarını nəzərə almadığı fikrindədir.

İştirakçıların yarıdan çoxu fələstinlilərlə sülh danışıqlarını dəstəkləyir. Hər beş nəfərdən biri isə sülhün bərqərar olacağına inanır.

Qeyd edək ki, yaxın vaxtda Vaşinqton rəhbərliyinin Yaxın Şərqdə sülh üçün planını açıqlaması gözlənilir.


Müəllif: Ruslan

Oxşar xəbərlər