Hindistanda bir qrup şəxs 8 yaşlı qıza təcavüz etdikdən sonra boğazını kəsiblər.
Teleqraf.com xəbər verir ki, xəstəxanaya çatdırılan azyaşlının durumu ağırdır.
20-24 yaşlarında iki şübhəli saxlanılıb. Qeyd edək ki, hadisənin baş verdiyi rayonda iyunun 20-də 6 yaşlı qız toydan qaçırılaraq təcavüz edildikdən sonra qətlə yetirilib.
"Sənə dondurma alacam" vədilə aldadılan qızın qızcığazın nəşi bir neçə gün sonra tapılıb.
Yerli polis məmuru təcavüzkarların yaşamağa haqqının olmadığını bildirib.