Erməni oliqarx və Ermənistan parlamentindəki “Sarukyan bloku”nun lideri Qaqik Çarukyanın təhlükəsizlik xidmətinin rəhbəri Edurd Babayan həbs olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi başçısının müşaviri Sona Truzyan bildirib.
Onun sözlərinə görə, Babayan Ermənistan Cinayət Məcəlləsinin 112-ci maddəsi (Qəsdən sağlamlığa ağır xəsarət yetirmək) ilə ittiham olunur. Həbsin detalları ilə bağlı bir qədər sonra ətarflı məlumat açıqlanacağı bildirilir.