4 İyul 2018 20:09
1 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk aktyoru Sarp Ləvəntoğlu Güney Azərbaycan Milli Hərəkatının vahid mübarizə bayrağının müəyyən edilməsi münasibətilə azərbaycanlıları təbrik edib.

Teleqraf.com xəbər verir ki, S.Ləvəntoğlu yeni seçilmiş mübarizə bayrağının təsvirini öz “İnstaqram” səhifəsində yerləşdirib. “Salam olsun Güney Azərbaycanın qəbul edilən bayrağına...”, – deyə təsvirin altında qeyd olunub.

Məşhur aktyorun sözügedən bayrağın təsvirini yayması azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

S.Ləvəntoğlu bundan əvvəl “Savaşcı” serialında canlandırdığı obrazda Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarı olduğunu bildirib.

Daha öncə isə Türkiyənin Giresun Universitetinin müəllimi professor Səlcuq Duman da Güney Azərbaycan Milli Hərəkatının vahid mübarizə bayrağının müəyyən edilməsini təbrik edərək, türkiyəli vətənpərvərlərin bu qərardan sevindiklərini diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan Milli Hərəkatının müxtəlif qurum və təşkilatları arasında uzun sürən müzakirədən sonra iyunun 22-də Azərbaycan Milli Hərəkatının vahid mübarizə bayrağı barədə razılıq əldə olunub. 2003-cü ildə Babək qalası mərasimində qaldırılan bayraq milli hərəkatın vahid mübarizə bayrağı kimi rəsmi şəkildə təqdim edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər