15 Avqust 2014 15:09
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiyanın 280 maşından ibarət humanitar yardım karvanının gömrük yoxlamasına və rəsmiləşdirilməsinə başlayıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Antiterror Qərargahı sosial şəbəkələr üzərindən məlumat yayıb. Ukrayna tərəfdən yüklərin yoxlanılmasında 59 mütəxəssis iştirak edir.

Məlumata görə, yerli vaxtla saat 10-dan başlayaraq Rusiya sərhədindəki “Donetsk” sərhəd-keçid məntəqəsində yüklərin gömrük prosedurundan keçirilməsi və qəbul edilməsi prosesi başlayıb. Yüklərin qəbul olunandan sonra Luqansk şəhərinə yola salınacağı gözlənilir.

Xatırladaq ki, Rusiyadan ağ rəngə boyanmış “KamAZ” avtombilləri ilə göndərilmiş humanitar yardım karvanı ətrafında üç gündür müəmmalı vəziyyət davam edirdi.


Müəllif:

Oxşar xəbərlər